[b]Yığmada ciddi problem[/b]
29.09.2016 - 15:54
[b]Yığmada ciddi problem[/b]

Uels yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Avstriya və Gürcüstana qarşı keçirəcəyi oyunlara ciddi itki ilə çıxacaq. Apasport.az saytı “Sky Sports”a istinadən xəbər verir ki, Aaron Remsi vacib görüşlər öncəsi sıraya qayıda bilməyib.

 

“Arsenal”ın 26 yaşlı yarımmüdafiəçisinin “Liverpul”la çempionat matçında aldığı zədə  daha ciddi çıxıb. Onun 2 həftəyə sıraya dönəcəyi gözlənilsə də, həkimlər uelslinin daha bir müddət yaşıl meydanlardan uzaq qalacağını bildiriblər.

 

Qeyd edək ki, 2008-ci ildən Uels yığmasına çağırılan Remsi millidə keçirdiyi 44 oyunda 11 qola imza atıb.

0