[b]AFFA və UEFA birgə proqram layihəsi hazırlayıb[/b]
29.09.2016 - 15:55
[b]AFFA və UEFA birgə proqram layihəsi hazırlayıb[/b]

AFFA və UEFA tərəfindən birgə son 6 ay ərzində ölkəmizdə futbolun inkişafı ilə bağlı yeni proqram layihəsi hazırlanıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu gün UEFA təmsilçisi və AFFA əməkdaşlarının iştirakı ilə proqram layihəsi geniş müzakirə olunub.

 

Tədbir haqqında AFFA-nın Marketinq və Sponsorluq Şöbəsinin müdiri Tural Piriyev məlumat verdikdən sonra baş katib Elxan Məmmədov çıxış edərək “GROW 2020” adlanan və ölkə futbolunun 5 illik inkişaf strategiyasını nəzərdə tutan proqram barədə ümumi məlumat verib. Sonra UEFA nümayəndəsi Noel Mooney təqdimatla çıxış edib.

 

Tədbirdə iştirak edən AFFA əməkdaşları proqram layihəsi barədə fikirlərini bildirib, Noel Mooneyin suallarını cavablandırıblar.

 

0