[b]Qurbanovla gələn yeni rekord[/b]
29.09.2016 - 21:21
[b]Qurbanovla gələn yeni rekord[/b]

Avropa Liqasının qrup mərhələsinin II turunun “Qəbələ” – “Maynts” oyunu Azərbaycan klubları üçün yeni rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin ilk qolu təmsilçilərimiz avrokuboklarda məhsuldarlıq rekordunu yeniləməsi ilə nəticələnib.

 

Ruslan Qurbanovun penaltidən fərqlənməsi ilə cari mövsümdəki qol sayımız 30-a çatıb. Bu, bir mövsümdə vurulan qolların sayında yeni nailiyyətdi.

 

Bunadək rekord 29 qolun vurulduğu 2012/13 mövsümünə məxsus idi. Həmin rekordu ötən tur təkrarlayan klublarımız artıq yeni göstərici əldə edib.

 

“Qəbələ”nin 2-ci qolu bu rəqəmi 31-ə də çatdırıb. Mövsümün qollarından 18-i “Qəbələ”nin hesabındadı.

 

Bu da bir klubumuzun mövsüm ərzində vurduğu qol sayında yeni rekorddu.

 

Ötən tur 16-cı qolu vurub, mütləq rekorda sahib çıxan əyalət klubu öz nəticəsini yaxşılaşdırıb. “Qarabağ” 9 dəfə fərqlənibsə, “Neftçi” 3, “Kəpəz” cəmi 1 qola sevinib.

0