[b]Zenyov Sxadadzeyə çatdı[/b]
29.09.2016 - 22:44
[b]Zenyov Sxadadzeyə çatdı[/b]

Azərbaycan klublarının avrokuboklardakı ən yaxşı bombardirləri siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının “Maynts”la ev oyununda (2:3) qol sevinci yaşayan Sergey Zenyov “Qəbələ”nin heyətində 6-cı avrokubok qolunu vurub.

 

Bununla da estoniyalı Baçana Sxadadze və Əfran İsmayılova çatıb. Zenyov qollardan 2-ni ötən, 4-nü cari mövsümdə vurub.

 

Bombardirlər siyahısına 10 dəfə fərqlənən Reynaldo başçılıq edir. Rəşad Sadıqov, Rəşad Sadiqov və Riçard Almeyda hərəyə 7 dəfə fərqləniblər. 6 qol vuran üçlük isə 5-7-ci yerləri bölür.

 

8-10-cu yerlərdə 5 qol vuran Teo Uiks, Vüqar Nadirov və Juluis Vobay qərarlaşıb.

0