[b]“Əgər iki məğlubiyyətlə başlamışıqsa...” – Sergey Zenyov[/b]
30.09.2016 - 00:10
[b]“Əgər iki məğlubiyyətlə başlamışıqsa...” – Sergey Zenyov[/b]

“Qəbələ”nin estoniyalı hücumçusu Sergey Zenyov “Maynts”la oyundan sonra (2:3) apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Artıq “Qəbələ”nin bombardiri hesab olunursuz, bu, sizin üçün xüsusi məna kəsb edir?

- Təbii ki, belə bir uğur çox xoşdu, ancaq əsas olan komandanın qələbəsidi. Əgər bu, alınmayıbsa, deməli bir mənası yoxdu.

 

- Ardıcıl ikinci oyunda məğlub olursuz, sizcə nəhayət xal və ya qələbə qazanmaq üçün nəyi dəyişmək lazımdı?

- Bu, məşqçilərin işidir. Məncə, başq məşqçimiz bizə öz tapşırıqlarını verəcək ki, gələcək oyunlarda uğrulu çıxış edə bilək.

 

- Qrupdan çıxmaq şanslarının çox azaldığını demək olarmı?

- Aydındı ki, əgər iki məğlubiyyətlə başlamışıqsa, əlbəttə ki, şanslarımız çox azalıb. Növbəti oyunda artıq belə çıxış etmək haqqımız yoxdu.

 

- “Qarabağ”la qarşıdakı oyun haqqında nə düşünürsüz?

- Çox önəmli qarşılaşmadı. Turnir cədvəli baxımından həlledici ola bilər. Yaxşı dincəlib o oyuna hazırlaşacağıq.

 

- Sizin üçün hansı daha vacibdi? Avroliqada uğurlu çıxış etmək, yoxsa Premyer Liqada çempion olmaq və növbəti il Çempionlar Liqasında oynamaq?

- Fərqləndirmək istəmirəm. Həm bu, həm də digər turnirdə uğurlu çıxış etmək istəyirik.

 

- Ola bilərmi ki, burda şanslar minimuma endiyi üçün “Qəbələ” bütün diqqətini çempionata yönəltsin?

- Düşünürəm ki, biz hər bir oyuna maksimum hədəflər üçün çıxırıq. Fərq qoymuruq oyunlar arasında.

 

- Necə düşünürsüz, üzərinizdə təzyiq var, yoxsa özünüzü normal hiss edirsiz?

- İstənilən halda rotasiya olur, çempionatda fərqli oyunçular çıxır meydana.

 

- Ancaq sizin ehtiyat oyunçular skamyası çox “dardı”...

- Nə qədər çox seçim imkanı olmasa da, hər halda dəyişikliklər olur.

 

- Milli komandada da çıxış edirsiz. Çətin deyil...

- Alışmağa və mübarizə aparmağa çalışırıq.

 

- Uiksin olmaması çox təsir edir komandaya?

- Əlbəttə çox çətindi onsuz, üstəlik Nika Kvekveskiri də yoxdu. Meydanın mərkəzində oyun qurmaq çətin olur. İstənilən oyunçunun olmaması, hiss olunur.

0