[b]Admir Telinin "rekord"u təkrarlandı[/b]
30.09.2016 - 01:17
[b]Admir Telinin "rekord"u təkrarlandı[/b]

“Qarabağ”ın futbolçusu Elvin Yunuszadə intizamsızlıq antirekorduna şərik olub. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin II turunun “Fiorentina” ilə matçında meydandan qovulan müdafiəçi avrokuboklarda ən çox qırmızı vərəqə alan oyunçu adına şərik olub.

 

O, passivində 2 qırmızı vərəqə olan Admir Teliyə çatıb. Albaniyalı hər iki cəzasını “Qarabağ”da görübsə, Elvin ilk dəfə “Neftçi”də komandasını azlıqda qoyub.

 

2012-ci il avqustun 30-da APOEL-lə Kiprdəki matçda Yunuszadə bakılıları pis vəziyyətdə qoyub. Buna baxmayaraq, 7 dəqiqə azlıqda qalan “Neftçi” 3:1 hesablı qələbəylə Avropa Liqasının pley-offunu uğurla adlayıb və qrupa düşən ilk Azərbaycan klubu kimi tarixə düşüb.

 

Qeyd edək ki, bir zamanlar “Neftçi”də çıxış etmiş Flavinyo da 2 dəfə meydandan qovulub.

0