[b]Qurban Qurbanov biabırçı məğlubiyyətə şərh verdi[/b]
30.09.2016 - 10:03
[b]Qurban Qurbanov biabırçı məğlubiyyətə şərh verdi[/b]

“Oyun haqda danışmağa ehtiyac görmürəm”.  Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

44 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin II turunun “Fiorentina” ilə səfər oyunundan sonra keçirilən mətbuat konfransında çıxış edib. Qurbanov 1:5 hesablı məğlubiyyəti rəqibin çox güclü olması ilə izah edib: “Fiorentina”ya uğur arzulayıram. Florensiya klubunun heyətində yaxşı futbolçular var. Rəqibimiz əla baş məşqçiyə malikdi. “Fiorentina” tez-tez oyunun axarını istədiyi kimi dəyişməyi bacarır. Azlıqda qalandan sonra isə bizim üçün daha çətin oldu”

0