[b]“Hələ heç nə bitməyib” - Filip Ozobiç[/b]
30.09.2016 - 10:34
[b]“Hələ heç nə bitməyib” - Filip Ozobiç[/b]

“Pis oynamadıq, amma çatışmazlıqların olduğu da istisna deyil”. Apasport.az xəbər verir ki, bu sözləri “Qəbələ” klubunun yarımmüdafiəçisi Filip Ozobiç deyib.

 

Ardıcıl ikinci mövsümdə Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “Qəbələ” dünən Almaniya “Maynts”ı ilə qarşılaşıb. Bakıda baş tutan oyunun gedişində təmsilçimiz 2:1 hesabı ilə öndə olsa da, yekunda məğlubiyyətdən qaça bilməyib. İkinci yenilgisi ilə barışan əyalət klubunun yarımmüdafiəçisi fiziki baxımdan bir qədər “axsadıqlarını” istisna etməyib: “Ola bilər, fiziki baxımdan bir qədər rəqibdən geri qaldıq. Yaxşı hazırlaşsaq da, rəqibin ustalıq səviyyəsi sözünü dedi. Bilirsiz, Premyer Liqa oyunlarında səhvlər, bəlkə də, açıq şəkildə görünmür, amma Avropa Liqasında hər səhv dərhal qabarıq şəkildə ortaya çıxır”.

 

Yarımmüdafiəçi iki gün sonra qarşılaşacaqları “Qarabağ”la oyuna da toxunub. O, Ağdam təmsilçisinin “Maynts”dan geri qalmadığını vurğulayıb: “İndiyə qədər “Qarabağ”a qarşı oynamamışam. Ancaq bilirəm ki, zəif rəqib deyil. “Maynts” səviyyəsində bir komandadı. Əlbəttə, qələbə qazanmaq, turnir cədvəlindəki mövqeyimizi qorumaq istəyirik”.

 

Futbolçu sonda komandasının Avropa Liqasındakı şansını da dəyərləndirib: “İki oyun keçirmişik və hər ikisində məğlub olmuşuq. Ancaq şansımız davam edir. Hələ heç nə bitməyib. Qarşıda 4 oyunumuz var. Bu matçlarda alınacaq nəticə çox şeyi dəyişə bilər. “Sent-Etyen”lə oyuna gəldikdə, hələ bu komandanın oyununa baxmamışıq. Vaxtı çatanda izləyəcəyik”.

 

0