[b]“Qarabağ” kimi rəqibə qarşı...” – Kuma Babakar[/b]
30.09.2016 - 11:25
[b]“Qarabağ” kimi rəqibə qarşı...” – Kuma Babakar[/b]

“İki qol vurmağıma çox şadam. Əsas odu ki, komandamın qələbəsində pay sahibi oldum”. Apasport.az saytının məlumatına görə, bunu “Fiorentina”nın hücumçusu Kuma Babakar deyib.

 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ı qəbul edən Florensiya təmsilçisi 5:1 hesablı qələbə qazanıb.

 

Qarşılaşmada dubl edən Babakar nəticədən daha çox sərgilənən oyundan məmnun qaldığını söyləyib: “İnkişaf üçün “Fiorentina” çox yaxşı yerdi. Özümü təkmilləşdirməli və burda böyük işlər görməliyəm. Bugünkü görüş necə möhkəm kollektiv olduğumuzu bir daha sübut etdi. “Qarabağ” kimi rəqibə qarşı istədiyimiz oyunu göstərə bildik. Bu, “Fiorentina”nın perspektivindən xəbər verir. Bütün bunlar komanda daxili ailə münasibətinin nəticəsidi”.

 

Qeyd edək ki, bu nəticədən sonra “Fiorentina” 4 xalla qrup liderliyinə yüksəlib.

0