[b]Başqa qitədən gəldilər, klublarımızı məyus etdilər[/b]
30.09.2016 - 11:48
[b]Başqa qitədən gəldilər, klublarımızı məyus etdilər[/b]

Avropa Liqasının qrup mərhələsinin II turunun oyunlarından sonra qarşılaşmaların ən yaxşı futbolçuları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçiləri “Qəbələ” və “Qarabağ”ın qarşılaşmalarında fərqlənənlər rəqiblər olub. Maraqlıdı ki, bu iki matçda Afrika və Asiyadan olan oyunçular ən yaxşı adına layiq görülüb.

 

UEFA-nın seçiminə əsasən, Bakıda baş tutan “Qəbələ” – “Maynts” görüşünün qəhrəmanı Yoşinuri Muto olub. Qonaqların 3:2 hesabı ilə qalib gəldiyi matçda hesabı açan yaponiyalı ən yaxşı oyunçu seçilib.

 

İtaliyadakı “Fiorentina” – “Qarabağ” matçında da başqa qitədən gələn futbolçu fərqlənib. Meydan sahiblərinin 5:1 hesablı qələbəsinə 2 qolla sevinən seneqallı Kuma Babakar oyunun qəhrəmanı adını qazanıb.

0