[b]“Fiorentina” AZAL-ı xatırlatdı[/b]
30.09.2016 - 12:28
[b]“Fiorentina” AZAL-ı xatırlatdı[/b]

“Qarabağ”ın 4 illik seriyasına son qoyulub. Apasport.az saytının məlumatına görə, 2012-ci il sentyabrın 16-dan sonra böyük hesabla uduzmayan Ağdam təmsilçisinin seriyası Avropa Liqasının qrup mərhələsinin II turunda qırılıb.

 

İtaliya “Fiorentina”sına Florensiyada 1:5 hesabı ilə uduzan əyalət klubunu bütün yarışlar nəzərə alınmaqla, son böyük hesablı yenilgisi AZAL-la matça təsadüf etmişdi.

 

1474 gün əvvələ təsadüf edən həmin qarşılaşmada 2:6 hesabı ilə uduzan “Qarabağ” həmin vaxtdan nə 3, nə 4 top fərqilə uduzmamışdı. “Fiorentina”yadək ağdamlılara ən azı 5 qol vuran sonuncu komanda da elə AZAL olub.

 

 

0