[b]“Qarabağ”a vurduğu qolu həyat yoldaşına həsr etdi - FOTO[/b]
30.09.2016 - 13:00
[b]“Qarabağ”a vurduğu qolu həyat yoldaşına həsr etdi - FOTO[/b]

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən oyun “Fiorentina”nın hücumçusu Mauro Zarate üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, komandasının 5:1 hesabı ilə qələbə qazandığı qarşılaşmanın son 30 dəqiqəsində meydanda olan argentinalı forvard 15 dəqiqə ərzində 2 qola imza atıb.

 

61-ci dəqiqədə Nikola Kaliniçi əvəzləyən Zarate cəmi 2 dəqiqə sonra özünün birinci, komandasının 4-cü topunu vurub. Məhz həmin qoldan sonra formasını çıxararaq diz üstə çökən Zarate əynində “Gracias Dios, Nat te amo” (“Tanrıya şükür, səni sevirəm, Nat”) yazılan geyimi nümayiş etdirib. Bununla Zarate qolunu xərçəng xəstəliyindən əməliyyat olunan həyat yoldaşı Natali Veberə həsr edib.

 

Formasını çıxardığı üçün sarı vərəqə ilə cəzalandırılan 29 yaşlı oyunçu 78-ci dəqiqədə ikinci qolu vurduqdan sonra eyni hərəkəti təkrarlamayıb.

0