[b]Alman azarkeşlər, klub prezidenti və kapitan[/b]
30.09.2016 - 16:10
[b]Alman azarkeşlər, klub prezidenti və kapitan[/b]

Topaz Premyer Liqasının VII turu çərçivəsində hazırda keçirilən “İnter” – “Zirə” matçını almaniyalı azarkeşlər də izləyir. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsi çərçivəsində dünən “Qəbələ” – “Maynts” görüşünü izləyən qonaq fanatlar hələ Bakını tərk etməyiblər.

 

Paytaxtımızda 1 gün artıq qalan almanlar “İnter”in azarkeşlərinə qoşulublar. VİP tribunada əyləşən futbolsevərlər öz dillərində şüarlar səsləndirərək, güclü dəstək verirlər.

 

Qeyd edək ki, qarşılaşmanı tribunada izləyənlərin sırasında “Neftç”inin yeni məşqçisi Aleksandr Deriberin, “İnter”in prezidenti Rəşad Qasımov, futbolçusu Denis Silva, həmçinin “Zirə”nin kapitanı Elvin Məmmədov da var. 

0