[b]Millimizə qarşı 22 finlandiyalı[/b]
30.09.2016 - 16:22
[b]Millimizə qarşı 22 finlandiyalı[/b]

21 yaşadək futbolçulardan ibarət Finlandiya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 7-də Azərbaycan, 11-də Rusiya ilə qarşılaşacaq skandinaviyalıların heyəti bəlli olub.

 

Baş məşqçi Tommi Kautonen bu qarşılaşmalarda 22 futbolçuya güvənməyə qərar verib: Otso Virtanen (“Hibernian”), Dani Hatakka (“Hodd”), Riçard Yensen, Fredrik Yensen (hər ikisi “Tvente”), Mikko Viitikko, Yerri Voutilaynen, Piri Soiri (hamısı VPS ), Yuna Veteli, Matias Oyala (hər ikisi “Kemi”), Mostaq Yaqubi (“Spartak”, Yurmala), Qlen Kamara (“Kolçester”), Matti Klinqa, Matey Hradeçki (hər ikisi SJK), Simon Skrab (“Gefle”), karlyohan Eriksson, Yuho Pirttiyoki, Fredrik Lassas (hamısı HIFK), Hampus Holmqren (“Atvidaberq”), Felipe Aspeqren, Tatu Miettunen (hər ikisi “İlves”), Yasse Tuominen (“Lahti”), Robert Teylor (“Rovaniemi”).

 

Qeyd edək ki, Helsinkidə keçiriləcək Finlandiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

0