“Yuventus” “yeni İbrahimoviç”lə maraqlanır
30.09.2016 - 21:17
“Yuventus” “yeni İbrahimoviç”lə maraqlanır

“Yuventus” İsveç AİK-inin hücumçusu Aleksandr İsakla maraqlanır. Apasport.az saytının məlumatına görə, vətənində “yeni İbrahimoviç” adlandırılan oyunçunun çıxışı artıq “Liverpul”un da diqqətindən yayınmayıb.

 

Ancaq İtaliya mətbuatı iddia edir ki, “qoca sinyora” da ingilislərlə rəqabətə girişməyə hazırlaşır. “Football İtalia”nın xəbərində bildirilib ki, turinlilər artıq skautlarını İsveçə, İsakı izləməyə yollayıb.

 

Onun klubuna təkilf olunacağı, yanvarda keçid baş tutarsa, gənc hücumçunun “Kalyari”yə icarəyə veriləcəyi qeyd olunub.

 

Qeyd edək ki, hazırda davam edən İsveç çempionatında 18 oyuna çıxan “İbrahimoviç” 6 qola imza atıb. 

0