Ronaldoya möhtəşəm təklif: Ömürlük müqavilə
30.09.2016 - 22:10
Ronaldoya möhtəşəm təklif: Ömürlük müqavilə

İdman geyimlərinin nəhəng istehsalçısı “Nike” Kristiano Ronaldoya yeni müqavilə təklif etməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, ABŞ şirkəti “Real”ın hücumçusu ilə ömürlük anlaşma imzalamağa hazırlaşır.

 

Yaxın zamanlarda tərəflər arasında daha yaxşılaşdırılmış şərtlərlə 2021-ci ilə kimi müqavilə əldə olunsa da, görünür şirkət bununla kifayətlənmək istəmir.

 

Qeyd edək ki, “Nike” daha iki nəfərlə - əfsanəvi basketbolçu Maykl Cordan və əfsanəvi futbolçu braziliyalı Ronaldo ilə ömürlük müqavilə imzalayıb.

0