[b]"Neftçi" bacardı, AZAL yox - YENİLƏNİB[/b]
01.10.2016 - 20:54
[b]"Neftçi" bacardı, AZAL yox - YENİLƏNİB[/b]

Bu gün Topaz Premyer Liqasında VI turun daha iki qarşılaşması keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə turnir cədvəlində liderlərdən uzaq düşən komandalar meydana çıxıblar.

 

Çempionatın autsayderi AZAL “Sumqayıt”la səfər oyununda qələbəsizliyə son qoymağa çalışıb. “Təyyarəçilər” ardıcıl 5 oyunluq məğlubiyyət seriyasını dayandıra bilsə də, 10 oyunluq qələbəsizlik seriyasına son qoya bilməyib. Tərlan Əhmədovun komandası hesabda irəli keçməsinə baxmayaraq, üstünülüyünü sona qədər qoruya bilməyib və görüşdən 1 xalla ayrılıb.

 

Günün ikinci oyununda isə hazırda yaxşı günlərini yaşamayan “ağ-qaralar” çempionata o qədər uğurlu start verə bilməyən “Kəpəz”i qəbul ediblər. Ölkənin iki ən köklü klubunun qarşılaşması hər iki tərəf üçün uğrusuzluğa son qoymaq baxımından önəmli olsa da, bunu meydan sahibləri bacarıblar.

 

"Neftçi" 14-cü dəqiqədə hesabı açıb. Braziliyalı Denilson fərqlənib. Oyunda bir də 90+2-ci dəqiqədə qol vurulub. Hücumlara başı qarışan "Kəpəz"i Katalin Tira cəzalandırıb.

 

Bununla da “Neftçi” 5 oyunluq ardıcıl məğlubiyyətlər rekorduna yekun qoyub.

 

Topaz Premyer Liqası

VII tur

01 oktyabr (şənbə)

 

“Neftçi” – “Kəpəz” - 2:0

Qollar: Denilson Fereyra, 14, Tira, 90+2

 

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Nahid Əliyev

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Əhmədağa Cabbarov

“Əlincə Arena”

“Neftçi”: 1. Krşevan Santini, 3. Jayro Filyo Rodriges, 10. Cavid İmamverdiyev, 27. Məqsəd İsayev, 7. Araz Abdullayev (k), 4. Rahil Məmmədov, 80. Edson Kastilya, 30. Dario Melnyak, 9. Katalin Tira, 99. Denilson Pereyra, 23. Tərzin Cahangirov

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 19. Fəhmin Muradbəyli, 26. Kamal Qurbanov, 20. Eltun Yaqublu, 17. Rəhman Hacıyev, 95. Elvin Bədəlov, 6. Vançe Şikov

Baş məşqçi: Elxan Abdullayev

“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 15. Azad Kərimov, 36. Renan Silva, 13. Şəhriyar Rəhimov, 7. Vüqar Bəybalayev, 17. Nicat Qurbanov, 10. Dario Federiko, 5. Kərim Diniyev, 19. Orxan Əliyev, 90. Julien Ebah

Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 21. Novruz Məmmədov, 6. Ceyhun Cavadov, 9. Tural Qürbətov, 23. Tural Nərimanov, 80. Tural Rzayev, 16. Emin Zamanov

Baş məşqçi: Şahin Diniyev

 

 

“Sumqayıt” – AZAL - 1:1

Qollar: Mirabdulla Abbasov, 83 - İlqar Ələkbərov, 9

Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Vaqif Musayev, Azər Əsgərov

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Kərim Ağayev

Sumqayıt şəhər stadionu

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Seymur Əsədov, 7. Vaqif Cavadov, 9. Amil Yunanov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 25. Ayaz Mehdiyev, 74. Yusif Nəbiyev

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 8. Nicat Muxtarov, 17. Vaquf Güləliyev, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 42. Kamran Abdullazadə, 66. Afşin Esmaeilzadeh

Baş məşqçi: Samir Abasov

AZAL: 23. Aqil Məmmədov, 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 18. Ruslan Əmircanov, 24. Emin Cəfərquliyev (k), 7. Kamal Mirzəyev, 14. İlqar Ələkbərov, 10. Nuqzar Kvirtiya, 11. Ruslan Nəsirli, 77. Adan Koronado, 21. David Canelidze

Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 4. Qvanzav Maqomedov, 19. Elnur Süleymanov, 95. Şirməmməd Məmmədov, 15. Brayn Fok, 9. Röyal Nəcəfov, 88. Mirzağa Hüseynpur

Baş məşqçi: Tərlan Əhmədov

 

 

Turnir cədvəli

 

1

Qəbələ

6

5

1

0

17-0

16

2

İnter

7

4

3

0

12-7

15

3

Qarabağ

6

4

1

1

15-3

13

4

Sumqayıt

7

2

2

3

6-9

8

5

Kəpəz

7

1

4

2

6-8

7

6

Zirə

7

2

1

4

5-9

7

7

Neftçi

7

2

0

5

6-16

6

8

AZAL

7

0

2

5

3-18

2

 

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 6.

 

0