Özilin yerinə Roys
01.10.2016 - 10:20
Özilin yerinə Roys

Dortmund “Borussiya”sının futbolçusu Marko Roys karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Almaniya yığmasının da formasını geyinən hücumameyilli yarımmüdafiəçi ilə “Arsenal maraqlanır.

 

“Topçular” Roysu komandadan ayrılacağı deyilən Məsut Özilin yerinə transfer etmək niyyətindədi. Artıq qarşı tərəflə danışıqlara start verilib.

 

Qeyd edək ki, 2012-ci ildən Dortmund “Borussiya”sının formasını geyinən Roys bu komandanın heyətində 165 oyunda 76 qola imza atıb. 

0