[b]Mourinyonun bəyənmədiyi futbolçuya ABŞ-dan təklif[/b]
01.10.2016 - 11:28
[b]Mourinyonun bəyənmədiyi futbolçuya ABŞ-dan təklif[/b]

“Mançester Yunayted”in futbolçusu Bastian Şvaynştayger karyerasını ABŞ-da davam etdirməyə çox yaxındı. Apasport.az saytı xəbər verir ki, almaniyalı yarımmüdafiəçi ilə “Dallas” yaxından maraqlanır.

 

Bu barədə məlumatı klubun prezidenti Den Hant açıqlayıb. O bildirib ki, bu keçidi həll etmək üçün əllərindən gələni edəcəklər: “O, inanılmaz futbolçudu. Həmişə Şvaynştaygerin oyunundan həzz almışam”.

 

Qeyd edək ki, “mankunianlar”ın baş məşqçisi Joze Mourinyonun şans vermədiyi Şvaynştaygerlə həmçinin, PSJ də danışıq aparır. 

0