[b]Millimizdə yeni futbolçular[/b]
01.10.2016 - 13:20
[b]Millimizdə yeni futbolçular[/b]

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına Türkiyədən 5 futbolçu dəvət edilib. Apasport.az saytının məlumatına görə, bunlar “Altınordu”nun oyunçuları Muhammet Can Tuncer, Onur Taha Takır, Şahan Akyüz, Egehan Gök və Mutlu Aksu Doğandı.

 

Klubun rəsmi saytında yayılan məlumatda bildirilir ki, millinin çalışdırıcısı Vüqar Məmməd bu futbolçuların Azərbaycan yığmasında çıxış etməsini istəyib. Danışıqlardan sonra “Altınordu”nun prezidenti Seyit Mehmet Özkan adıçəkilən 5 oyunçunun Azərbaycan yığmasında çıxışına icazə verib.

 

Türkiyəli futbolçular yığmamızın 14-21 oktyabr aralığında keçirəcəyi təlim-məşq toplanışına qatılacaqlar.

0