[b]“Atletiko”nun hücumçusu “Yuventus” yolunda[/b]
01.10.2016 - 15:13
[b]“Atletiko”nun hücumçusu “Yuventus” yolunda[/b]

 “Atletiko”nun hücumçusu Anxel Korrea karyerasını İtaliya çempionatında davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, argentinalı futbolçu ilə “Yuventus” yaxından maraqlanır.

 

Turinlilər Korreanı mövsümün sonunda komandadan ayrıla biləcək Mario Mandzukiçə əvəzləyici qismində baxırlar.

 

“Qoca sinyora” hələ bu ilin yayında Korreanı transfer etmək istəyirdi. Lakin qarşı tərəfə göndərilən təklifi ispanlar qəbul etməmişdilər.

 

Qeyd edək ki, 2014-cü ildən “Atletiko”nun formasını geyinən Korrea ötən ildən Argentina yığmasına da çağırılır.

 

0