[b]Ellerdaysın əvəzinə Mançini?[/b]
01.10.2016 - 16:00
[b]Ellerdaysın əvəzinə Mançini?[/b]

Sem Ellerdaysın istefaya göndərilməsindən sonra İngiltərə yığmasının baş məşqçisi postunu kimin tutacağı maraqla gözlənilir. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, bu vəzifəyə italiyalı çalışdırıcı gətirilə bilər.

 

Söhbət “İnter”in sabiq baş məşqçisi Roberto Mançinidən gedir. Təcrübəli mütəxəssis karyerasını ölkəsindən kənarda davam etdirmək fikrindədi. Bundan istifadə etməyə çalışan federasiya rəhbərliyi Mançini ilə danışıqlara start verib.

 

Qeyd edək ki, Sem Ellerdays korrupsiyada günahkar bilindiyi üçün postundan uzaqlaşdırılıb. 

0