[b]“Qarabağ”ın futbolçusu İspaniya millisi ilə oyuna çağırıldı[/b]
01.10.2016 - 16:53
[b]“Qarabağ”ın futbolçusu İspaniya millisi ilə oyuna çağırıldı[/b]

Albaniya millisinin DÇ-2018-in seçmə mərhələsində Lixtenşteyn və İspaniya ilə matçının heyəti bəlli olub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Cianni de Byasi 26 oyunçuya dəvət göndərib.

 

Komandanın tərkibində bir tanış sima da var. Belə ki, “Qarabağ”ın sol cinah müdafiəçisi Ansi Aqolli növbəti dəfə Albaniya millisinə çağırılıb. O, qarşıdakı iki matçda da komandasının kapitanlıq sarğısını daşıyacaq.

 

Qeyd edək ki, Albaniya yığması oktyabrın 6-da Lixtenşteynlə səfərdə, 9-da isə İspaniya ilə evdə qarşılaşacaq.

0