[b]Azərbaycanı Olimpiadada medalsız qoymayan idman növləri - LAYİHƏ[/b]
07.10.2016 - 09:48
[b]Azərbaycanı Olimpiadada medalsız qoymayan idman növləri - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Olimpiada: Azərbaycan üçün “idman ölkəsi” imicini təsdiqləmək imkanı” istiqamətindəki qalib olan mövzunu davam etdirir. Atletlərimizin 4 illiyin möhtəşəm yarışında keçdiyi yolu əhatə edəcək 12 yazıdan onuncusu Azərbaycanı Olimpiadada medalsız qoymayan idman növlərinə həsr olunur. Bu dəfəki araşdırmada Oyunlarda növlər üzrə təmsilçi, medal sayı, bu göstəricilərin SSRİ dövrü ilə müqayisəsi əksini tapacaq.

 

10 növdə 28 medal

İdmançılarımızın SSRİ yığmasında Olimpiadalardakı çıxışlarına nəzər salsaq, uğurlarımız 10 növlə bağlıdı. Atletlərimiz üçün medal baxımından ən zəngin növ isə voleyboldu. Populyarlığını indi də itirməyən bu idman növündə 5 medala sevinmişik ki, bunlardan 3-ü “qızıl”, 2-si “gümüş” olub. Lakin bu uğurlar 2 oyunçunun – İnna Rıskal və Vera Lantratovanın adı ilə bağlıdı. Digər voleybolçularımız isə SSRİ millisinə düşmək problemi ilə üzləşdiklərindən Olimpiya medalına həsrət qalıblar.

 

SSRİ millisində çıxış edən həndbolçularımız da Olimpiya Oyunlarından 3 qızıl medalla dönməyi bacarıb. Lakin əl topu ustalarımız ümumilikdə 4 medal qazanaraq, lider olan voleyboldan 1 mükafat geri qalıb. Burada yeganə üstünlük 4 fərqli həndbolçumuzun fəxri kürsüdə yer almasıdı.

 

Qılıncoynadanlarımız da birdən artıq qızıl medal qazanmağı bacarıb. Bu növdə hər 2 mükafat çempionluqla gəlib.

 

Akademik avarçəkmədə qazanılan uğurlar da göz önündədi. Burada voleyboldakı qədər – 5 medal əldə olunub. Lakin avarçəkənlərimiz “qızıl”a həsrət qalıblar.

 

SSRİ yığmasının heyətində növlər üzrə qazanılan medallar

Növ

İştirak sayı

Helsinki
1952

Melburn
1956

Roma
1960

Tokio
1964

Meksika
1968

Münhen
1972

Monreal
1976

Moskva
1980

Seul
1988

Q

G

B

C

Voleybol

5

-

-

-

G

QQ

Q

G

-

-

3

2

-

5

Həndbol

4

-

-

-

-

-

-

QQ

Q

B

3

-

1

4

Qılıncoynatma

2

-

-

-

-

-

-

-

-

QQ

2

-

-

2

Müasir beşnövşülük

1

-

-

-

Q

-

-

-

-

-

1

-

-

1

Futbol

1

-

-

-

-

-

-

-

-

Q

1

-

-

1

Akademik avarçəkmə

14

-

-

-

-

-

-

-

GGG

GB

-

4

1

5

Atletika

4

-

G

G

-

-

G

-

-

-

-

3

-

3

Güləş

7

GB

-

-

B

-

-

-

-

-

-

1

2

3

Su polosu

3

-

-

G

BB

-

-

-

-

-

-

1

2

3

Otüstü hokkey

1

-

-

-

-

-

-

-

B

-

-

-

1

1

CƏMİ

42

2

1

2

5

2

2

3

5

6

10

11

7

28

Qeyd: Q – qızıl, G – gümüş, B – bürünc medalı göstərir

 

SSRİ dövründə Olimpiadaya yollanan idmançılarımız 4 növdə mükafat əldə edə bilməyib. Suyatullanma, üzgüçülük, stolüstü tennis və stend atıcılığında 4 illiyin ən mötəbər yarışına yollanmağımız daha çox Pyer de Kubertinin Olimpiya devizinə uyğun olub. Təmsilçilərimiz iştirakla kifayətləniblər. Düzdü, bu növlərin hərəsində cəmi 1 cəhd etmişik. Lakin həmin cəhd istənilən kimi alınmayıb.

 

SSRİ yığmasının heyətində medal qazanmadığımız növlər

Növ

İştirak sayı

Suyatullanma

1

Üzgüçülük

1

Stolüstü tennis

1

Stend atıcılığı

1

CƏMİ

4

 

Debütdə uğur qazandığımız növlər

Olimpiyaçılarımız üçün keçid xarakteri daşıyan Barselona-1992-yə MDB yığmasının heyətində qatılan atletlərimiz burada 2 növdə uğur əldə etdi. Maraqlıdı ki, hər 2 növ SSRİ dönəmində heç təmsil olunmadığımız cüdo və idman gimnastikasının payına düşdü. Bu növlərdəki debütümüz çempionluğa da yol açdı. Gimnastikada qızılla yanaşı, bürünc də əldə etdiksə, cüdoda yeganə təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.

 

MDB yığmasının heyətində növlər üzrə qazanılan medallar

Növ

İştirak sayı

Barselona-1992

Q

G

B

C

Cüdo

1

Q

1

-

-

1

İdman gimnastikası

1

QB

1

-

1

2

CƏMİ

2

3

2

-

1

3

 

Cəmi 5 nəfərlə yollandığımız Kataloniya paytaxtında debüt etdiyimiz növlərdə medal qazansaq da, bizə əvvəldən doğmalaşan digər növlərdə uğursuzluğa düçar olduq. İttifaq dönəmində Azərbaycana medal gətirən qılıncoynatma İspaniyadan əliboş dönməklə təəccübləndirdisə, Valeri Timoxinlə Valentina Papova 4 il əvvəlki kimi yenə fəxri kürsüyə kənardan baxmalı oldu.

 

MDB yığmasının heyətində medal qazanmadığımız növlər

Növ

İştirak sayı

Stolüstü tennis

1

Stend atıcılığı

1

Qılıncoynatma

1

CƏMİ

3

 

Güləş yığmasından aşkar üstünlük

Müstəqillik illərində qatıldığımız 6 Olimpiadaya təsadüf edən 44 medal 7 idman növündə qazanılıb. Olimpiyaçılarımız üçün ən uğurlu növ şübhəsiz ki, güləşdi. Qazanılan medalların yarıdan çoxu – 23-ü məhz pəhləvanlarımızın aktivindədi. Elə 7 qızılın da yarıdan çoxu – 4-ü ölkəmizdə bir nömrəli idman növünün payına düşür.

 

Güləş həm də onunla fərqlənir ki, müstəqillik illərinin bütün Yay Olimpiya Oyunlarından ölkəmizə medalla qayıdıb. Son Olimpiadada 9 medal qazanan pəhləvanlarımız əvvəlki yarışlarda bütün yığmamız üçün arzulanan bir göstəriciyə imza atıb.

 

Heç bir növ güləşlə müqayisə oluna bilməsə də, ikinci yer uğrunda gərgin rəqabət var. Medal sayında boks, qazanılanların əyarına görə isə cüdo öndədi.

 

Atlanta-1996 istisna olmaqla, heç vaxt Olimpiadadan əliboş dönməyən boks yığmamız artıq 8 dəfə bayrağımızı dalğalandırıb. Lakin əlcək ustalarımız Rioda ilkə imza ataraq, final həyəcanı yaşasa da, hələlik yeganə çatışmazlığı “qızıl”dı. 

 

Cüdo güləşdən sonra yeganə yığmadı ki, hər 3 əyarlı medala sevinib. Hesabında atıcılıq və taekvondo kimi 1 qızıl mükafat olan cüdoçularımız 2 gümüş və 1 bürünc də qazanıb.

 

Çempionluq yaşayan digər növlərimizin hər ikisində 2 üçüncülük də var.

 

Azərbaycan yığmasının növlər üzrə qazandığı medallar

Növ

İştirak sayı

Atlanta
1996

Sidney
2000

Afina
2004

Pekin
2008

London
2012

Rio
2016

Q

G

B

C

Güləş

68

G

Q

Q

GGBB

QQGGBBB

GGGBBBBBB

4

8

11

23

Cüdo

29

-

-

-

QB

-

GG

1

2

1

4

Taekvondo

9

-

-

-

-

-

QBB

1

-

2

3

Atıcılıq

9

-

Q

BB

-

-

-

1

0

2

3

Boks

37

-

B

BB

B

BB

GB

-

1

7

8

Kanoe və kayak

5

-

-

-

-

-

GB

-

1

1

2

Ağırlıqqaldırma

22

-

-

-

-

B

-

-

-

1

1

Cəmi

179

1

3

5

7

10

18

7

12

25

44

 

Azərbaycan yığmasının Olimpiadaya qatıldığı 20 idman növündən 7-də medal qazanmışıqsa, 13-dəki çıxışımız uğursuzluqla nəticələnib. Bu növlərin çoxunda Oyunlara yollananlarımızın çoxu heyətdə turist kimi yer alıb. Onlardan medal gözləntiləri də olmadığından bu uğursuzluq ciddi narazılığa səbəb də olmayıb. Hətta bu idmançıların bəziləri də yarışa “wild card”la gedənlərdi.

 

Atletika yığmamız Olimpiya tariximizdə ən böyük heyətlərdən birinə malik olunsa da, heç vaxt kəmiyyəti keyfiyyətə çevirə bilməyib. 22 iştirakı olan komandamız ən yaxşı halda “10-luğa” düşmək uğrunda mübarizə aparıb. Digər komandalar isə atletlərdən say baxımından ən azı 2 dəfə geri qalıblar.

 

Azərbaycan yığmasının medal qazanmadığı növlər

Növ

İştirak sayı

Atletika

22

Üzgüçülük

11

Bədii gimnastika

6

Qılıncoynatma

4

Akademik avarçəkmə

4

Velosiped idmanı (şosse)

3

İdman gimnastikası

3

Suyatullanma

2

Atçılıq idmanı

2

Kanoe-slalom

1

Velosiped idmanı (trek)

1

Triatlon

1

Kamandan oxatma

1

Cəmi

61

 

17 növdə 75 medal

Azərbaycan idmançılarının Olimpiadadakı 64 illik çıxışı ərzində qazanılan 75 medal isə 17 idman növündə əldə olunub. Təmsilçilərimiz üçün ən uğurlu növ yenə güləşdi. Ümumilikdə 26 medal qazanan pəhləvanlarımız uğurlarımızın 1/3-dən çoxuna imza atıb. Həm medal, həm də çempionluq sayında birinci olan güləş ən yaxın izləyicilərindən böyük fərqlə öndədi.

 

Medalların əyarına görə voleybol ikinci, həndbol üçüncüdüsə, ümumi medal sıralamasında boks ikinci yerə yüksəlir.

 

Mükafat qazandığımız 17 növdən 10-də çempionluq sevinci yaşamışıq. Bunlardan 5-də uğurumuz yalnız 1 dəfə olub.

 

İdmançılarımız xüsusilə döyüş növlərində adlarından söz etdiriblər. Azərbaycanlılar üçün ən uğurlu olan 3 idman növünün – güləş, boks və cüdo olması da bunu sübut edir. Taekvondonun da Rio-2016-da bu növlərə qoşulması da təmsilçilərimizin döyüş meydanındakı bacarığından xəbər verir. Elə bunun nəticəsidi ki, qazanılan 75 medaldan 42-si döyüş növlərinin payına düşür.

 

Azərbaycan idmançılarının Olimpiadalar tarixində növlər üzrə qazandığı medallar

Növ

İştirak sayı

Qızıl

Gümüş

Bürünc

Cəmi

Güləş

75

4

9

13

26

Voleybol

5

3

2

-

5

Həndbol

4

3

0

1

4

Cüdo

30

2

2

1

5

Qılıncoynatma

7

2

-

-

2

Müasir beşnövçülük

1

1

0

0

1

Atıcılıq

11

1

-

2

3

Taekvondo

9

1

-

2

3

İdman gimnastikası

4

1

-

1

2

Futbol

1

1

-

-

1

Ağırlıqqaldırma

22

0

0

1

1

Akademik avarçəkmə

9

-

4

1

5

Atletika

26

-

3

-

3

Boks

37

-

1

7

8

Su polosu

3

-

1

2

3

Kayak və kanoe

5

-

1

1

2

Otüstü hokkey

1

-

-

1

1

CƏMİ

250

19

23

33

75

 

10 idman növündə Olimpiadaya yollanan idmançılarımız heç bir dönəmində medal əldə edə bilməyib. Xüsusilə su idman növlərində üzgüçülük və suyatullanmada böyük uğursuzluq yaşanıb. Ümumilikdə 15 dəfə iştirak etdiyimiz bu yarışlarda heç medallara yaxın düşməmişik.

 

Mükafat qazana bilmədiyimiz növlərindən 4-də iştirakımız 1 Olimpiada ilə kifayətlənib.

 

Azərbaycan idmançılarının Olimpiadalar tarixində medal qazanmadığı növlər

Növ

İştirak sayı

Üzgüçülük

12

Bədii gimnastika

6

Suyatullanma

3

Velosiped idmanı (şosse)

3

Stolüstü tennis

2

Atçılıq idmanı

2

Kanoe-slalom

1

Velosiped idmanı (trek)

1

Triatlon

1

Kamandan oxatma

1

CƏMİ

32

 

Boksun yüksəlişi, komanda idman növlərinin “ölümü”

İdmançılarımızın 2 - müstəqilliyə qədərki və ondan sonrakı uğurlarının müqayisəsi də maraq doğurur. Təbii ki, burada yalnız Barselon-1992-dən ibarət olan MDB dönəmini də SSRİ ilə birlikdə müstəqilliyə qədərki dövrə şamil etmək lazımdı.

 

Əvvəlki yarışlarda qazandığımız 31 medal 12 idman növünü əhatə edib. Bu növlərdən cəmi ikisində - güləş və cüdoda həm müstəqillik, həm də əvvəlki dövrdə uğur qazanmışıq. Digər idman növlərində isə uğurumuz ya SSRİ, ya da Azərbaycan millisinin adı ilə bağlıdı. Buna əsasən demək olar ki, imperiyanın dövründə böyük uğurlar əldə etdiyimiz komanda idman növləri, xüsusilə də voleybol və həndbol Atlanta-1996-dan bəri Olimpiada üçün varlığını itirib.

 

Müstəqillik dönəmində intibah dövrünü yaşayan növlərə gəlincə, atıcılıq, taekvondo və boksu qeyd etmək olar. Sonuncu idman növü xüsusi vurğulanmalıdı. Çünki SSRİ və MDB yığmalarının heyətində nəinki Olimpiya medalı qazanmağa, heç heyətə düşməyə belə layiq olmayan boksçularımız məhz müstəqillik illərində böyük yüksəlişə nail olublar. SSRİ dönəmində daxili yarışlarda uduzduğumuz rəqibləri beynəlxalq arenalarda dəfələrlə məğlub edən boks yığmamız artıq dünyanın aparıcı komandalarından birinə çevrilib. Ardıcıl 5 Olimpiadada medalın qazanılması da buna əyani sübutdu.

 

Beləliklə, Azərbaycan adı altında 7 növdə 44 medal qazanmışıq ki, bu növlərdən 5-də ilkə imza atmışıq. Bu ilklərin davamının növbəti Oyunlarda gələcəyi isə şübhə doğurmur. Çünki digər idman növlərində böyük templə inkişaf belə deməyə əsas verir.

 

Tahir HÜMMƏTOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

0