[b]Dünya çempionatında 10 medal: İdmançılarımız ermənilərə şans vermədi[/b]
10.10.2016 - 11:49
[b]Dünya çempionatında 10 medal: İdmançılarımız ermənilərə şans vermədi[/b]

Bolqarıstanın Blaqoyevqrad şəhərində qol güləşi üzrə XXXVIII dünya çempionatı və XIX paraarmrestlinq üzrə mundial başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovun rəhbərliyi altında 9 idmançı təmsil edib.

 

Komandamız yarışı 3 qızıl, 4 gümüş və 3 bürünc medalla başa vurub. Həmyerlilərimizdən Ramazan Rüstəmov, Qismət Vəkilov və Vilayət Namazzadə (əlil) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yığmamızın digər üzvlərindən İsgəndər Mustafayev, Hüseyn Əmənli gümüş, Toğrul Şahlarlı bürünc medal qazandığı halda, Nemət Vəkilovla Minabəddin Qurbanov həm ikinci, həm də də üçüncü yeri tutublar.

 

Ramazan Rüstəmov, Hüseyn Əmənli və Toğrul Şahlarlı yarışların gedişində erməni idmançıları ilə qarşılaşıblar. Hər üç idmançımız düşmən ölkə təmsilçisinə heç bir şans vermədən görüşlərini qələbə ilə başa vurublar.

 

Qeyd edək ki, mundiala 60-dan çox ölkənin 1200 idmançısı qatılıb. 

0