[b]“Şəhriyar Məmmədyarova görə qurbanlarımı heç saymırdım”[/b]
11.10.2016 - 10:06
[b]“Şəhriyar Məmmədyarova görə qurbanlarımı heç saymırdım”[/b]

“Hələ də Şəhriyar Məmmədyarovla işləməyə davam edirəm. Onun mənə ABŞ-da yaxından, yoxsa uzaqdan kömək edəcəyini bilmirəm. Amma Şəhriyar mənə müəyyən məsləhətlərini verir”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya millisinin şahmatçısı Sergey Karyakin deyib.

 

Əslən Ukraynadan olan qrossmeyster ABŞ-da şahmat tacı uğrunda Maqnus Karlsenlə qarşılaşacaq. Noyabrda olacaq yarışa ciddi hazırlaşan Karyakin azərbaycanlı Şəhriyar Məmmədyarovun köməyindən də istifadə edir.

 

O bildirib ki, həmyerlimiz oyununa müəyyən dərəcədə aqressivik də gətirib: “Hərçənd oyun üslubum daha akademik tərzdə idi. Bu da dünyanın ən yaxşı şahmatçılarına qalib gəlməyə hesablanmışdı. Məmmədyarov çox aqressiv və fəal şahmatçıdı. Mənim oyunuma da rəng qatdı. İddiaçıların Moskvadakı turnirində vəziri, topu qurban verirdim. Piyada qurbanlarını heç saymırdım. Bu da Məmmədyarovun təsiri idi. Bu aqressivik mənə qələbə qazanmağa kömək etmişdi. Ümid edirəm ki, Amerikada da belə olacaq”.

0