[b]Azərbaycan klubları üçün yeni kubok – FOTO[/b]
17.10.2016 - 18:04
[b]Azərbaycan klubları üçün yeni kubok – FOTO[/b]

Şahmat üzrə klublararası Avropa çempionatının yeni mükafatlar hazırlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Şahmat İttifaqı həm kişi, həm də qadınlar arasında yarışın qalibinə yeni kuboklar təqdim edəcək.

 

Hər 2 kubokun dizayneri İrakli Purseladzedi. O həm kişi, həm də qadın zəka sahiblərinin güclüsü üçün yenilik edib.

 

Qeyd edək ki, Avropa çempionatı noyabrın 5-13-də Serbiyanın Novı Sad şəhərində keçiriləcək. Kişilərin yarışında 61, qadınların mübarizəsində 17 komanda qüvvəsini sınayacaq. Azərbaycan hər 2 yarışda “Odlar Yurdu” klubu ilə təmsil olunacaq.

0