[b]“Qəbələ” Moskvadan məğlub dönür - YENİLƏNİB[/b]
19.10.2016 - 21:07
[b]“Qəbələ” Moskvadan məğlub dönür - YENİLƏNİB[/b]

Gənclər Liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycanı təmsil edən “Qəbələ” Çempionlar yolunun I mərhələsinin cavab oyununa çıxıb.

 

“Qırmızı-qaralar” səfərdə Moskva “Dinamo”su ilə görüşüblər. U-19 Liqasının son qalibi olan “Qəbələ” Rusiya çempionu ilə Ximkidəki “Rodina” stadionunda qarşılaşıb.

 

Qəbələdə keçirilən ilk görüşdə 2 cavabsız qol buraxan Hüseynqulu Quliyevin yetirmələri səfər oyununda daha böyükhesablı məğlubiyyətə üzülüb. Ruslar təmsilçimizin qapısından 5 cavabsız qol keçirib.

 

 

Gənclər Liqası

Çempionlar yolu

I mərhələ, cavab oyunu

19 oktyabr

“Dinamo” (Moskva, Rusiya) – “Qəbələ” (Azərbaycan) - 5:0

Qollar: Terexov, 29, Obolski, 50, 73, Qrulev 85, Sedik, 89

 

Baş hakim: Dumitru Muntyan

Baş hakimin köməkçiləri: Vyaçeslav Sivaçiov, Anatoli Basiul (hamısı Moldova)

Hakim-inspektor: Yuri Baskakov (Rusiya)

UEFA nümayəndəsi: Anuar Bidanov (Qazaxıstan)

Ximki. “Rodina” stadionu

İlk oyun – 2:0

“Dinamo”: 16. İvan Jirkov, 2. Maksim Nenakov, 3. Semen Matviyçuk, 4. Nikita Kalugin, 5. Roman Yevgenyev, 6. Pavel Lelyuxin, 7. Mixail Moqulkin, 8. Eduard Şolox, 9. Nikolay Obolski (k), 11. Anton Teryoxov, 33. Roman Denisov

Ehtiyat oyunçular: 1. Petr Kosarevski, 10. Denis Seduk, 17. Stanislav Latseviç, 18. Artyom Qorbulin, 19. Kirill Burikin, 20. Vyaçeslav Qrulev, 34. Viktor Demyanov

Baş məşqçi: Sergey Çikişev

“Qəbələ”: 36. Süleyman Süleymanov, 16. Ülvü İsgəndərov, 21. Roman Hüseynov, 23. Amin Seydiyev, 24. Maqsud Ələkbərov, 29. Hacıağa Hacıyev, 30. Bəhlul Mustafazadə (k), 55. Xəyal Əmirli, 70. Fərid Nəbiyev, 79. Əli Sadıqov, 98. Rövlan Muradov

Ehtiyat oyunçular: 45. Toğrul Məhəmmədbəyli, 25. Əzəmət Ələkbərli, 31. Elvin Həsənov, 50. Sahil Zeynalov, 66. Nurlan Quliyev, 82. Cavidan Həşimli, 96. Qədir Bayramlı

Baş məşqçi: Hüseynqulu Quliyev

 

0