Beynəlxalq Gimnastika Federasiyasına yeni prezident seçildi
19.10.2016 - 14:18
Beynəlxalq Gimnastika Federasiyasına yeni prezident seçildi

Beynəlxalq Gimnastika Federasiyasının (FİG) rəhbər vəzifələrinə seçkilər keçirilib. Apasport.az saytının məlumatına görə, qurumun  prezidenti vəzifəsinə Morinari Vatanabe seçilib.

 

Yaponiyalı seçkilərdə 100 səs toplayıb. FİG-in əvvəlki rəhbəri Bruno Qrandi bu dəfə namizədliyini verməyib.

 

Federasiyanın I vitse-prezidenti rusiyalı Vasili Titov seçilib. FİG-in digər vitse-prezidentləri isə ikiqat Olimpiya, beşqat dünya çempionu, belaruslu Nelli Kim və çinli Lo Çaoi olacaqlar.

0