[b]UEFA “Borussiya” və “Kopenhagen”i cəzalandıracaq[/b]
19.10.2016 - 20:54
[b]UEFA “Borussiya” və “Kopenhagen”i cəzalandıracaq[/b]

Çempionlar Liqasının III turunun ilk oyun günündə baş tutan qarşılaşmalardan sonra iki klub müəyyən cəzaya məruz qalacaq. Apasport.az saytının məlumatına görə, UEFA Dortmund “Borussiya”sı və “Kopenhagen” haqqında belə qərara gəlib.

 

Hər iki klubun cəzalanmasına səbəb isə onların azarkeşləridir. Belə ki, “Sportinq”ə qarşı səfər matçının əvvəlində Çempionlar Liqasının himni oxunarkən alman azarkeşlərin pirotexniki vasitələrdən və fişənglərdən istifadə etmələri ali futbol qurumunun diqqətindən yayınmayıb.

 

Danimarkalı fanatlar da İngiltərədə, “Lester”lə oyunda eyni qayda pozuntusuna yol veriblər ki, onların da cəzasını klubları çəkəcək.

 

Qeyd edək ki, hər iki məsələ haqqında yekun qərar noyabrın 17-də veriləcək.

0