[b]“Qəbələ”yə məşq etməyə icazə vermədilər - FOTO[/b]
19.10.2016 - 22:02
[b]“Qəbələ”yə məşq etməyə icazə vermədilər - FOTO[/b]

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda səfərdə “Sent-Etyen”lə qarşılaşacaq “Qəbələ” Fransada oyunöncəsi məşq zamanı problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisinə oyunun keçiriləcəyi “Joffrua Qişar” stadionunda məşq etməyə icazə verməyiblər.

 

Bu xəbəri “Qəbələ”nin mətbuat xidmətinin rəisi Anar Hacıyev də təsdiqləyib. Klub rəsmisi bildirib ki, əsas meydançanın ot örtüyünə zərər gəlməməsi üçün UEFA-nın nümayəndəsi həmin arenada məşq keçilməməsini istəyib.

 

Buna görə də, matçdan öncəki son çalışmalar "L`Etrat training ground" məşq meydançasında baş tutacaq.

0