[b]PAOK-un futbolçusu Bakıda xəstələndi[/b]
20.10.2016 - 11:34
[b]PAOK-un futbolçusu Bakıda xəstələndi[/b]

Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün “Qarabağ”la qarşılaşacaq PAOK-un heyətlə bağlı problemləri davam edir. Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, Saloniki təmsilçisinin yarımmüdafiəçisi Yannis Mistakidisin də iştirakı sual altına düşüb.

 

Buna səbəb 21 yaşlı hücumameyilli futbolçunun səhhətində problem yaranmasıdı. Belə ki, gənc oyunçu hərarətinin yüksək olması səbəbindən son məşqdə iştirak etməyib. O, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı buraxa bilər. Komandanın kapitanı Stefanos Atanasiadis isə dünənki məşqdə fərdi hazırlıqla kifayətlənib. Baş məşqçi Vladimir İviç hər iki futbolçu ilə bağlı yekun qərarını oyunun başlamasına bir saat qalmış verəcək.

 

Qeyd edək ki, PAOK-da müdafiəçi Georgios Tzavellas və yarımmüdafiəçi Dimitris Pelkas zədə ucbatından Bakıya gətirilməyib.

0