[b]Azərbaycan yığmasından görünməmiş irəliləyiş[/b]
20.10.2016 - 12:36
[b]Azərbaycan yığmasından görünməmiş irəliləyiş[/b]

Azərbaycan millisi yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, yığmamız FİFA reytinqi tarixində ən böyük irəliləyişinə nail olub.

 

Belə ki, bu gün açıqlanan siyahıda komandamız 45 pillə irəliləyib. Ötən ay dünyanın 133-cüsü olan Robert Prosineçkinin yetirmələri 88-ci yerə qədər sıçrayıb.

 

45 pilləlik addıma yığmanın DÇ-2018-in seçmə mərhələsinin son iki matçındakı uğurları səbəb olub. Bakıda Norveçi 1:0 hesabı ilə yenib, səfərdə Çexiya ilə qolsuz heç-heçə edən millimiz xal hesabını 252-dən 404-ə çatdırıb. Bu 152 xallıq qazanc mövqeyimizin 45 pillə yaxşılaşması ilə nəticələnib.

 

Millimiz 1994-cü ilin iyunundan daxil olduğu FİFA reytinqində bunadək ən yaxşı halda 24 pillə irəliləmişdi. Cəmi 18 ay öncə Prosineçkinin yetirmələri 24 pillə artırmışdı. Həmin vaxt 139-dan 115-dək irəliləmişik.

 

Bu, 2015-ci ilin aprel reytinqində qeydə alınmışdı. 2007-ci ilin aprelində isə 20 pilləlik inkişafımız yaşanıb. 9 il öncə yığmamız 123-ü 103-ə dəyişib.

 

Maraqlıdı ki, bu dəfəki sıçrayış həmin iki göstəricinin cəmindən də yaxşıdı. 

0