[b]“Qriqorçuk futbolun fanatıdı” – Aleksey Qay[/b]
20.10.2016 - 18:32
[b]“Qriqorçuk futbolun fanatıdı” – Aleksey Qay[/b]

“Bakı həm müasir, həm də tarixi şəhərdi. Hər kəsə ora getməyi tövsiyə edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin sabiq futbolçusu Aleksey Qay deyib.

 

Hazırda karyerasını Krasnodarın “Kuban” klubunda davam etdirən təcrübəli yarımmüdafiəçi Rusiya mətbuatına müsahibə verib. O, söhbət əsnasında sabiq məşqçisi Roman Qriqorçuk barədə də fikirlərini bölüşüb.

 

Qay “qırmızı-qaralar”ın çalışdırıcısı barədə müsbət fikirlər səsləndirməklə yanaşı, “Qəbələ” keçidini xatırlayıb: “Çernomorets”də Roman Qriqorçukun özünü tam olaraq göstərməsi üçün şərait yox idi. Buna görə də, o, özünə yeni iş yeri axtarmalı oldu. Əvvəldən mənə demişdi ki, hansısa kluba getsə, özü ilə birgə məni də aparacaq. Odu ki, mənə yalnız gözləmək və Qriqorçukun hansı komandanın “sükanı arxası”na keçəcəyini internetdə araşdırmaq qalırdı. Tezliklə “Qəbələ”yə getdi və zəng edib, məni yanına çağırdı. Qriqorçuk futbolun fanatıdı. O, məşqçilik prosesini və oyunçularla fərdi çalışmağı sevir. Özünəməxsus yanaşması var. Qriqorçuk hücum futbolunun tərəfdarıdı, amma müdafiəni də yaddan çıxarmamağı tapşırır. Futbolçulardan qorxmamağı, irəli atılıb, oyunu öz üzərlərinə götürməyi tələb edir”.

 

Qeyd edək ki, Qay “Qəbələ”dən bu ilin yayında ayrılıb.

0