[b]Azərbaycan futbolunda yeni rekord[/b]
20.10.2016 - 23:07
[b]Azərbaycan futbolunda yeni rekord[/b]

Azərbaycan futbolu tarixində yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin PAOK-la oyununda 2:0 hesabı ilə qalib gələn “Qarabağ” klublarımızın cari mövsümdə 10-cu qələbəsini rəsmiləşdirib.

 

Bununla, yeni rekord gerçəkləşib. Belə ki, indiyədək Azərbaycan klubları heç vaxt avrokubokların bir mövsümündə bu qədər qələbə qazanmamışdı.

 

Ölkəmizin 10-a çatmasında “Qəbələ”nin payı daha çoxdu – 5 qələbə. “Qarabağ” 3, “Neftçi” və “Kəpəz” hərəyə 1 dəfə seviniblər.

 

Bu uğuradək rekordumuz 9 qələbədən ibarət idi. 2014/15 mövsümündə klublarımız 24 matçdan 9-da üstün olmuşdu.

 

Qeyd edək ki, cari mövsümün 27 matçında 10 dəfə qələbə qazanan komandalarımız eyni sayda uduzub və 7 matçda heç-heçəylə kifayətlənib.

0