[b]Yenə avtoqol[/b]
21.10.2016 - 00:43
[b]Yenə avtoqol[/b]

Azərbaycan klubları avrokuboklar tarixində 7-cı dəfə avtoqola üzülüb. Apasport.az saytının məlumatına görə, bu, Fransada keçirilən “Sent-Etyen” – “Qəbələ” oyununda baş verib.

 

Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçirilən oyunun 70-ci dəqiqəsində təmsilçimizi məyus edən braziliyalı Rikardinyo meydan sahiblərini hesabda önə çıxarıb.

 

Bu, “Qəbələ”nin cari mövsümdə 2-ci avtoqolu olub. Qrup mərhələsinin I turunda digər braziliyalı Rafael Santos “Maynts” azarkeşlərini sevindirmişdi.

 

Rikardinyo ümumilikdə klublarımızın 7-ci, “qırmızı-qaralar”ın 3-cü uğursuzu olub. Belə ki, braziliyalılaradək ötən mövsümdə də qrup mərhələsində “Qəbələ”nin oyunçuları bir uğursuzluq yaşamışdı. Həmin vaxt Sergey Zenyov avtoqola üzülmüşdü.

 

Ümumilikdə, “Qəbələ” 3, “Neftçi” 2, “Bakı” (“Dinamo” adlandığı vaxt) və “Qarabağ”ın hərəyə 1 avtoqolu var.

 

1998/99 22 iyul. “Arceş” (Rumıniya) – “Dinamo” – 5:1 Avtoqol: Rafael Əmirbəyov, 3

2004/05 27 iyul. “Qarabağ” – “Dukla” (Slovakiya) – 0:1 Azər Cabbarov, 62

2014/15 21 avqust. “Partizan” (Serbiiya) – “Neftçi” – 3:2 Denis Silva, 29, Elvin Yunuszadə, 69

2015/16 5 noyabr. “Borussiya” (Dortmund, Almaniya) – “Qəbələ” – 4:0 Sergey Zenyov, 67

2016/17 15 sentyabr. “Anderlext” (Belçika) – “Qəbələ” – 3:1 Rafael Santos, 41

20 oktyabr. “Sent-Etyen” (Fransa) – “Qəbələ” - 1:0 (oyun davam edir) Rikardinyo, 70

0