[b]“Nəinki 1, hətta 3 xal da qazana bilərik” – Asif Məmmədov[/b]
21.10.2016 - 02:29
[b]“Nəinki 1, hətta 3 xal da qazana bilərik” – Asif Məmmədov[/b]

“Oyundan əvvəl rəqibi təhlil edib, bu komandadan xal almağln mümkünlüyünü görmüşdük. Qarşılaşmanın gedişi də bunu göstərdi. Düzdür, müdafiədə bir az çox oynayırdıq. Lakin bu da səfərdə çıxış etməyimizlə bağlıdır ki, normal qarşılanmalıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədov deyib.

 

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda səfərdə “Sent-Etyen”ə məğlub olan “qırmızı-qaraların” futbolçusu matç haqqında fikirlərini klubun saytı ilə bölüşüb: “Görüş 0:0 hesabı ilə başa çata bilərdi. Amma bəxtsizlikdən öz qapımıza vurulan qol xal qazanmağımıza mane oldu. Heyətdəki itkilər də oyunumuza təsirini göstərdi. Tam heyətlə oynayıb, “Sent-Etyen”lə Bakıdakı matçda nəinki 1, hətta 3 xal da qazana bilərik. Oyunu ümumilikdə normal səviyyədə keçirdik. Xal qazanmağımıza səfərdə oynamağımız və “Sent-Etyen”in adı mane oldu. Hərçənd oyun vaxtı hiss etdik ki, bu komandaya qalib gəlmək də olar. Amma həddən artıq top itirdik. Daha inamlı oynayıb, topa nəzarət etməliydik. Fikrimcə, avtoqol qeydə alınmasaydı, rəqib qapımıza yol tapa bilməyəcəkdi”.

0