[b]“Həmin epizodu qaçırması bizi çox hirsləndirdi” – Tahir Gözəl[/b]
21.10.2016 - 10:39
[b]“Həmin epizodu qaçırması bizi çox hirsləndirdi” – Tahir Gözəl[/b]

Avropa Liqasının qrup mərhələsi çərçivəsində üçüncü oyununa çıxan “Qarabağ” ilk qələbəsini qazandı. Respublika stadionunda Yunanıstanın PAOK klubunu 2:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisinin vitse-prezidenti Tahir Gözəl qarşılaşmadan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Qələbədən sonra matçı şərh etmək çətin olmamalıdı...

- “Qarabağ” çox gözəl çıxış etdi. Əks-hücumlar qurduq, rəqibə özünü bir anlıq olsun belə rahat hiss etməsinə imkan vermədik. Üzərimizə gələ bilmədilər. Bu oyunu biz haqq etmişdik, qələbəyə layiq idik, bunu da əldə etdik.

 

- Qolların fasilədən sonra vurulması həyəcan yaratmadı?

- Uşaqlar çox çalışdı, epizodlar da yaratdılar. Matçın əvvəlində bir epizod oldu, Muarem Muraem qol vurmalı idi.

 

- Həmin epizodda hansı hissləri keçirdiniz?

- Onun həmin epizodu qaçırması bizi çox hirsləndirdi. PAOK zəif rəqib deyil, bu gün Avropa Liqasında mübarizə aparan iddialı komandalardandı. Sonradan qolların ard-arda gəlməsi bizi xeyli rahatlaşdırdı.

 

- Reynaldo və Miçelin yoxluğu, Rəşadın isə meydana zədəli çıxması sizdə bir narahatçılıq yaratmışdımı?

- Əlbəttə, stress var idi. Ancaq Rəşad müdafiədə canla-başla sona qədər mübarizə apardı, zədəli olduğunu hiss etdirmədi. Üstünlüyümüzü sona qədər qoruya bildik.

 

- 2 həftədən sonra PAOK-la yenə, amma bu dəfə səfərdə qarşılaşacaqsınız. Yunanıstandan xalla dönmək üçün əlavə nə etmək lazımdı?

- Artıq rəqibimizin oyunu ilə tanış olmuşuq. Klub prezidenti Abdulbarı bəyin də dediyi kimi, səfərə əmin gedirəm. Burda bacardıqsa, rəqib meydanında da bunu edəcəyimizə inanırıq.

 

- Püşkdən sonra hər kəs “Qarabağ”ın bu qrupdan çıxmağa bir növ borclu olduğunu düşünürdü. Amma ilk iki oyun bir qədər ümidləri azaltdı...

- Məncə, böyük şansımız var.

 

0