“Qələbəmizdə rəqibin öz qapısına qol vurmasının da rolu oldu” - Cesi Mulin
21.10.2016 - 11:45
“Qələbəmizdə rəqibin öz qapısına qol vurmasının da rolu oldu” - Cesi Mulin

“Əsas məqsədimiz 3 xal qazanmaq idi ki, buna da nail olduq. Hədəfimiz C qrupunda birinci yerə yüksəlməkdi”. Apasport.az saytının məlumatına görə, bunu “Sent-Etyen”in qapıçısı Cesi Mulin deyib.

 

Təcrübəli qolkiper Avropa Liqasının III turu çərçivəsində “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəldikləri matçı şərh edib: “Qarşılaşma zamanı biz çox yaxşı oynadıq. “Qəbələ” çox yaxşı təşkil olunmuş komandadı. Onların qapısına 25 metr qaldıqdan sonra bizim üçün irəliləmək çətin olurdu. Müdafiəni yaddan çıxarmayıb, daha çox orta və ön xəttə mübarizə apardıq. Qələbəmizdə rəqibin öz qapısına qol vurmasının da rolu oldu. 3 xalı bayram edə bilərik. Çünki bunun üçün çox əziyyət çəkdik”.

 

Qeyd edək ki, görüşdə yeganə qolu “Qəbələ”nin üzvü Rikardinyo vurub.

 

 

0