[b]“Qarabağ” yeni rekord vurdu[/b]
21.10.2016 - 12:47
[b]“Qarabağ” yeni rekord vurdu[/b]

 “Qarabağ” yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, əyalət klubu avrokubokların qrup mərhələsində eyni mövsümdə ən çox qol vuran komanda adına yiyələnib.

 

Belə ki, Avropa Liqasının J qrupunda çıxış edən Qurban Qurbanovun yetirmələri artıq 5 qola seviniblər. Çexiya “Slovan”ı (2:2) və İtaliya “Fiorentina”sı (1:5) ilə görüşlərdə 3 dəfə fərqlənən “Qarabağ” Yunanıstan PAOK-una 2 qol vurmaqla, bu rəqəmi 5-ə çatdırıb.

 

Bu da Azərbaycan futbolunda mütləq rekorddu. İndiyədək qrupda ən çox qol vurmaq rekordunu “Neftçi” 2012/13 mövsümündə müəyyənləşdirmişdi – 4 qol. Ötən mövsüm həmin göstəricini təkrarlayan “Qarabağ” rekorda şərik idi.

 

2014/15 mövsümündə 3, 2015/16 mövsümündə 4 qola sevinən ağdamlılar ildə 1 qol artırmaq prinsipi ilə artıq 5-ə çatıb. Hələ qarşıda 3 matçı olan komandanın rekordunu daha da yaxşılaşdıracağı gözlənilir.

 

Qeyd edək ki, PAOK-la matçdakı ilk qol qrup mərhələsində 20-ci topumuz olub. Daninin qolundan sonra bu rəqəm 21-ə çatdırılıb. 30 oyunda vurulan 21 topdan 12-si “Qarabağ”, 5-i “Qəbələ”, 4-ü “Neftçi”nin hesabındadı.

 

 

 

0