[b]“Araz”ın rəqibləri müəyyənləşdi[/b]
21.10.2016 - 15:54
[b]“Araz”ın rəqibləri müəyyənləşdi[/b]

Futzal üzrə UEFA kubokunun elit-raundunun püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 16 komanda 4 qrupa bölünüb.

 

Əsas mərhələdə ilk iki yeri tutan 12 komanda və mübarizəyə birbaşa elit-raunddan başlayan 4 klub arasında Azərbaycan təmsilçisi də yer alıb. Ötən mərhələni 3 qələbə ilə 1-ci pillədə başa vuran “Araz”ın da elit-raunddakı rəqibləri müəyyənləşib.

 

Bu mərhələdə B qrupunda çıxış edəcək Naxçıvan klubu “Yuqra” (Rusiya), “Hamburq” (Almaniya) və “Nasional” (Xorvatiya) komandaları ilə mübarizə aparacaq. Qrup oyunları noyabrın 22-27-də keçiriləcək. Çempionumuzun yer aldığı “dördlüy”ün görüşləri Zaqrebdə baş tutacaq.

 

A qrupu

“Kayrat” (Qazaxıstan)*

“Nikars” (Latviya)

“Real Rieti” (İtaliya)

“Feniks” (Kosovo)

 

B qrupu

“Yuqra” (Rusiya)

“Araz” (Azərbaycan)

“Hamburq” (Almaniya)

“Nasional” (Xorvatiya)*

 

C qrupu

“İnter” (İspaniya)

“Ekonomaç” (Serbiya)

“Xrudim” (Çexiya)

“Maribor” (Sloveniya)*

 

D qrupu

“Dinamo” (Rusiya)

“Sportinq” (Portuqaliya)*

“Dyer ETO” (Macarıstan)

“Tarqu Mureş” (Rumıniya)

 

“*” işarəsi ilə meydan sahibləri  fərqləndirilib.

 

Qeyd edək ki, “Dördlər finalı”na yalnız qrup qalibləri vəsiqə əldə edəcək.

 

0