[b]Püşk atıldı: Millimizin iki rəqibi bəlli oldu[/b]
21.10.2016 - 17:27
[b]Püşk atıldı: Millimizin iki rəqibi bəlli oldu[/b]

Futzal üzrə Avropa çempionatının təsnifat və seçmə mərhələlərinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, ilk raunddan azad olan Azərbaycan yığması da rəqiblərini tanıyıb.

 

Miltinyonun yetirmələri II qrupda çıxış edəcək. Komandamızın rəqiblərindən yalnız ikisi bəllidi. Bunlar Macarıstanla Bosniya və Herseqovinadı. Qrupumuzun 4-cü komandası isə təsnifat mərhələsində bilinəcək.

 

Bu, Bolqarıstan, Albaniya, İngiltərə və Maltanın mübarizə aparacağı D qrupunun qalibi olacaq. Həmin komandaların yarışı 2017-ci il yanvarın 23-dən fevralın 1-dək Bolqarıstanda təşkil ediləcək.

 

Əsas seçmə mərhələnin matçları isə aprelin 3-12-də baş tutacaq. Millimiz bu qrupun oyunlarına ev sahibliyi edəcək.

 

Qeyd edək ki, çempionatın final mərhələsi 2018-ci ildə Sloveniyada keçiriləcək.

 

0