[b]Milli üzvü oynadı, komandası qalib gəldi[/b]
22.10.2016 - 00:05
[b]Milli üzvü oynadı, komandası qalib gəldi[/b]

Türkiyə Super Liqasında VIII tura start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk oyun günündə “Kayserispor” “Qaziantepspor”a qonaq olub.

 

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Milli komandamızın üzvü Ufuk Budak bu qarşılaşmaya start heyətində başlayıb və matçın sonuna kimi əvəzlənməyib.

 

Kayseri təmsilçisi bu nəticə ilə xal hesabını 8-ə yüksəldib və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

0