[b]Finalçılar bəllidi, Natalya Məmmədova “qızıl” şansını itirdi[/b]
22.10.2016 - 17:33
[b]Finalçılar bəllidi, Natalya Məmmədova “qızıl” şansını itirdi[/b]

Qadın voleybolçular arasında klublararası dünya çempionatında yarımfinal matçları keçirilib. Apasport.az saytının məlumatına görə, Manilada keçirilən yarışda finala yüksələn klublar müəyyənləşib.

 

Belə ki, ilk olaraq, Türkiyə təmsilçiləri – “Əczaçıbaşı” ilə “Vakıfbank” münasibətinə aydınlıq gətirib. Qarşılaşma birincilərin 3:1 (25:23; 19:26; 25:17; 25:23) hesablı qələbəsi ilə yekunlaşıb.

 

Həlledici matçda “Əczaçıbaşı”nın rəqibi isə İtaliya “Kasalmaqqiore”si olacaq. Apenninlilər yarımfinalda “Volero”nu məğlub ediblər. Azərbaycan millisinin sabiq voleybolçusu Natalya Məmmədovanın kapitanı olduğu Sürix təmsilçisi ilk seti üstün bitirsə də, ardını gətirə bilməyib – 1:3 (27:25; 23:25; 17:25; 23:25).

 

Mükafatçıların adına sabah aydınlıq gələcək. Həmçinin “Banqkok Qlass” - “PSL – F2 Loqistiks” (Filippin) görüşü 7-ci, “Rexona” (Braziliya) - “Hisamitsu” (Yaponiya) 5-ci pillənin sahibini müəyyənləşdirəcək.

0