Əfsanəvi qapıçının heykəlində böyük xəta - FOTO
22.10.2016 - 20:00
Əfsanəvi qapıçının heykəlində böyük xəta - FOTO

Keçmiç SSRİ-nin və Moskva “Dinamo”sunun əfsanəvi qapıçısı Lev Yaşinə “Rusiya şöhrət xiyabanı”nda qoyulan heykəl xəta ilə diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, abidənin postamentində qapıçının ölüm tarixi yanlış yazılıb.

 

Belə ki, əslində 1990-cı il martın 20-də vəfat edən futbolçunun ölüm tarixi 20 aprel kimi göstərilib.

 

Maraqlıdı ki, bu səhvi dərhal düzəltmək də mümkün deyil. Xiyabanın müdriyyəti açıqlama verib ki, ən yaxşı halda havalar istiləşəndə rəqəm dəyişdiriləcək. Çünki indiki halda şaxta rəngi çürüdə bilər.

 

Qeyd edək ki, Yaşin bütün dünya futbol tarixinin ən yaxşı qapıçsı hesab olunur və “Qızıl top” almış ilk əlcək sahibidir.

0