[b]“İnter”ə qarşı 3 itki ilə[/b]
23.10.2016 - 00:25
[b]“İnter”ə qarşı 3 itki ilə[/b]

Topaz Premyer Liqasının IX turunda “İnter”lə qarşılaşacaq “Kəpəz” matça 3 itki ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, bu barədə klubun baş məşqçisi Şahin Diniyev açıqlama verib.

 

Belə ki, əsas heyətin 3 üzvü – Şəhriyar Əliyev, Vüqar Bəybalayev və Dario Federiko Junior bu oyunda meydana çıxa bilməyəcəklər.

 

Qeyd edək ki, “Kəpəz” – “İnter” matçı bu gün saat 14:30-da başlayacaq.

0