[b]Bu rəqiblərin oyununda ev sahibləri uduzmur[/b]
23.10.2016 - 14:59
[b]Bu rəqiblərin oyununda ev sahibləri uduzmur[/b]

Topaz Premyer Liqasının IX turunun ikinci oyun günündə bir qarşılaşma baş tutacaq. Apasport.az saytının məlumatına görə, AZAL öz meydanında “Zirə” ilə üz-üzə gələcək.

 

Bu matç iki komandanın Premyer Liqada 6-cı görüşləri olacaq. Əvvəlki 5 oyunda 1 dəfə meydan sahibləri, 3 dəfə isə qonaqlar qələbəni bayram ediblər. Daha bir görüş isə bərabərliklə yekunlaşıb.

 

Maraqlıdı ki, 2015-ci il avqustun 9-da başlayan rəqabətdə ev sahibi olan komanda uduzmayıb. Belə ki, “təyyarəçilər”in meydanında keçirilən iki görüşün birində ev sahibləri 1:0 hesablı qələbə qazanıb, digərində isə 1:1 hesablı bərabərlik qeydə alınıb.

 

Zirədə baş tutan qarşılaşmalarda isə hər 3 oyunda Adil Şükürovun yetirmələri 3 xala seviniblər: 1:0, 4:2 və 3:1.

 

Qeyd edək ki, AZAL – “Zirə” matçı sabah saat 16:00-da start götürəcək.

0