Stadion tikintisi zamanı bir nəfər öldü
23.10.2016 - 15:45
Stadion tikintisi zamanı bir nəfər öldü

DÇ-2022-nin keçiriləcəyi Qətərdə stadion inşası zamanı bir işçi ölüb. Apasport.az saytının məlumatına görə, bu barədə xəbəri “Reuters” agentiliyi yayıb.

 

Bildirilib ki, hadisə şənbə günü baş verib. Oyunlardan bəzilərinin keçiriləcəyi “Əl Vakra” arenasında inşaat prosesində fəhlələrdən biri iş qəzasına qurban gedib. Hadisə ilə bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, bu ilin aprel ayında Qətərdə stadion inşaatında miqrantların qeyri-qanuni işlədilməsi və əmək təhlükəsizliyinə nəzarət olunmaması barəsində xəbərlər yayılmışdı. 

0