[b]“Bütün çətinliklərə baxmayaraq...” – Zaur Svanadze[/b]
23.10.2016 - 17:07
[b]“Bütün çətinliklərə baxmayaraq...” – Zaur Svanadze[/b]

“İlk yarıda o qədər də uğurlu çıxış etmədik, ancaq ikinci hissədə çox yaxşı idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Topaz Premyer Liqasının IX turunda səfərdə “Kəpəz”lə qarşılaşan “bankirlər”in baş məşqçisi 0:0 hesablı nəticəni şərh edib: “Bir neçə qol epizodumuz oldu. Təssüf ki, istifadə edə bilmədik. Heç olmasa, bir vəziyyəti reallaşdıra bilsəydik, Bakıya 3 xalla qayıda bilərdik. Bütün çətinliklərə baxmayaraq, deyə bilərəm ki, oyundan razı qaldım. Biz bu gün qələbəyə layiq idik, ancaq heç yoxdan 1 xal da yaxşıdı”.

0