[b]Budaq üçün bir hissə[/b]
23.10.2016 - 23:10
[b]Budaq üçün bir hissə[/b]

Portuqaliya Sequndasında XII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası “Leyşoynş”u qəbul edib.

 

Oyun 2:1 hesabıyla Lissabon təmsilçisinin qələbəsiylə nəticələnib. Həmyerlimiz oyunun 45-ci dəqiqəsində meydana daxil olub.

 

Bu oyundan sonra hesabında 17 xal olan “Sportinq B”, 22 komanda arasında 9-cu pillədə qərarlaşıb.

 

0